Bakı. Trend:
Fransanın “IB2” şirkətinin baş icraçı direktoru ilə görüşdəəməkdaşlıq imkanları müzakirə olunub.
Nazirlikdən Trend-ə verilənməlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın "IB2"şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal iləgörüşüb.
Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznesmühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib,işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsininəhəmiyyəti qeyd olunub.
Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə,xammalın diversifikasiyası və istehsalda müasir texnologiyalarıntətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb.Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarınəzərdən keçirilib.