AZ

Rusiya və Ukrayna arasında əsir mübadiləsi oldu


İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, Rusiya bir qrup rus hərbçisini geri qaytarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bunun müqabilində eyni sayda ukraynalı hərbi əsir təhvil verilib.
Nazirliyin məlumatına görə, hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya təhvil veriləcək.
Qeyd edək ki, iyunun 9-da Ukraynanın nəzarətində olan ərazidən yaşı 25-dən az olan Rusiya hərbçilərinin birinci qrupu geri qaytarılıb.
Seçilən
8
1
yeniavaz.com

4Mənbələr