AZ

Hindistanda təyyarə qəzasında göyərtədə olan 242 nəfərin hamısı ölüb - YENİLƏNİB

“Görünən odur ki, qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur”.
APA “Associated Press“ə istinasən xəbər verir ki, bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib.
O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir:
“Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”.

***
Hindistanda təyyarə qəzası nəticəsində ən azı 120 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

***
Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
APA xəbər verir ki, bu barədə "Air India" məlumat yayıb.
Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.

***
Hindistanda sərnişin təyyarəsi qəzzaya uğrayıb.
APA xəbər verir ki, təyyarənin göyərtəsində 242 sərnişinin olduğu bildirilir.
Hadisə Əhmədabadda baş verib.
Təyyarə London reysi üzrə hərəkətdə olub.


Telegram Widget
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram Widget
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Seçilən
55
7
sherg.az

10Mənbələr