“Sabah”ın U-11 komandası Gürcüstanın Batumi şəhərində keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.
Apasport.az xəbər verir ki, Arslan Quliyevin çalışdırdığı komanda qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) komandaları ilə qarşılaşıb.
Qrup mərhələsini 2-ci pillədə başa vuran “Sabah” 1/4 finalda “Kobuleti” ilə qolsuz heç-heçədən sonra penalti seriyasında məğlub olub.
Azərbaycan təmsilçiləri 5-8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək turniri 5-ci pillədə başa vurub.
“Qalatasaray”ın futbolçusu İspaniya yolunda
“Qarabağ”da “yarpaq tökümü” - O DA KOMANDANI TƏRK ETDİ
Veşoviç də “Qarabağ”ı tərk etdi - RƏSMİ
“Qarabağ”da növbəti ayrılıq - RƏSMİ
Benzia “Qarabağ”ı tərk etdi - RƏSMİ