AZ

Ukrayna Almaniyadan üç il ərzində IRIS-T sistemləri alacaq

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Almaniyadan IRIS-T hava hücumundan müdafiə sistemlərinin yaxın üç il ərzində Kiyevə tədarükü ilə bağlı plan mövcuddur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

“IRIS-T hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə minnətdarıq. İndi biz tədarük planını anlayırıq. Təfərrüatlara varmayacağam, amma bu, qarşıdakı üç il üçün nəzərdə tutulmuş plandır və bu, hər bir halda bizim üçün çox mühüm dəstəkdir,” – deyə Ukrayna lideri Almaniyanın müdafiə naziri Boris Pistoriusla birgə mətbuat konfransında bildirib.

Zelenski vurğulayıb ki, bu, hərbi əməliyyatların üç il davam edəcəyi anlamına gəlmir. Lakin onun sözlərinə görə, Ukraynanın hər bir halda ölkəsini qorumaq üçün keyfiyyətli hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Seçilən
44
2
nocomment.az

3Mənbələr