AZ

G7 sammiti bu tarixdə baş tutacaq

Bakı. Trend:

Kanadada daha əvvəl iyunun 15-nə planlaşdırılan G7 ölkələrininsammitinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransavə Yaponiya) başlanması bir gün sonra baş tutacaq.

Trend xəbər verir ki, bubarədə “Kyodo” agentliyi Kanada rəsmisinə istinadla məlumatyayıb.

Məlumata görə, G7 liderləri görüşdən sonra bəyannamə deyil,“daha qısa, diqqətli” bəyanatlar verməyi planlaşdırıblar.

Daha əvvəl CTV Kanada hökumətindəki mənbəyə istinadla məlumatvermişdi ki, G7 ölkələrinin yekun bəyanatı gözlənilmir, əvəzindəiştirakçılar bəzi məsələlər üzrə birgə kommünikelər çıxarabilər.

Sammitin gündəliyinə Ukrayna ilə yanaşı, enerji təhlükəsizliyiməsələləri, NATO ölkələrinin müdafiə xərclərinin artırılması vəkritik xammala çıxış məsələləri daxil olacaq.

Seçilən
51
5
az.trend.az

7Mənbələr