İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqerinin guya sui-qəsd nəticəsində öldürülməsi barədə yayılan məlumatlar yalan çıxıb.
Bu barədə Musavat.com xəbər verir ki, məlumatı İranın rəsmi dövlət agentliyi IRNA təkzib edib.
Agentliyin yaydığı açıqlamada bildirilir ki, general Baqeri sağ-salamatdır və hazırda İran Silahlı Qüvvələrinin əməliyyat qərargah mərkəzində fəaliyyətini davam etdirir. O, hərbi əməliyyatların gedişatını oradan şəxsən nəzarətdə saxlayır və koordinasiya işlərini yerinə yetirir.
Musavat.com