AZ

Xamenei İsrailin İrana hücumuna münasibət bildirdi

İranın ali dini lideri Əli Xamenei İsrailin İslam Respublikasına hücumundan sonra vətəndaşlara müraciət edib.

"Unikal" xəbər verir ki, bu  barədə "Mehr" xəbər agentliyi məlumat yayıb. 

Onun sözlərinə görə, İran qoşunlarının “qüdrətli əli” yəhudi dövlətinin əməllərini cəzasız qoymayacaq.

O əlavə edib ki, İsrail ordusunun İrana hücumu bir neçə alim və komandirin ölümünə səbəb olub.

İyunun 13-nə keçən gecə İsrail məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan Am Kelavi (Aslan kimi millət) əməliyyatına başladığını elan edib. Bunun ardınca İDF Tehran ərazisində bir sıra obyektlərə zərbələr endirib.  İranın mərkəzindəki Natanz şəhərində Əhmədi Roşan nüvə obyektində partlayış baş verib. Hadisə yerində radiasiya sızması əlamətləri qeydə alınmayıb.

Gülayə Mecid 

Seçilən
917
50
unikal.az

10Mənbələr