AZ

İranın Baş Qərargah rəisi evində öldürülüb - Rəsmi+Yenilənib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü güman edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri də həlak olmuş ola bilər.

İran tərəfi hələlik bu iddia ilə bağlı heç bir açıqlama verməyib.

***

IRNA xəbər verir ki, İran tərəfi Baş Qərargah rəisinin öldürülməsi ilə bağlı xəbəri təkzib edib.

***

“Fars” xəbər agentliyi xəbər verir ki, Məhəmməd Baqiri İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. Məlumata görə, İran Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani də zərbələr nəticəsində ağır yaralanıb.

Xəbəri hələlik ölkənin digər KİV-ləri təsdiqləməyib. Qeyd edək ki, Məhəmməd Baqirinin ölümü  barədə gecədən bəri xarici KİV-də xəbərlər yayılır. İRNA isə daha əvvəl məlumatı təkzib etmişdi.

***

İran dövlət televiziyası İranın Baş Qərargah rəisi Baqirinin evinə hücum edildiyini və onun hücum nəticəsində həlak olduğunu rəsmən açıqladı.

Seçilən
31
3
qafqazinfo.az

5Mənbələr