AZ

İsrail İrana hücum etdi! Generallar və alimlər öldürüldü

Hurriyyet.az xəbər verir ki, İsrail İrana, o cümlədən paytaxt Tehran şəhərinə aviazərbələr endirib. Hərbi rəhbərlər və nüvə fizikası alimləri öldürülüb.

İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami həlak olublar.

“SEPAH” öz növbəsində bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib.

İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.

IRNA agentliyinin məlumatına görə, İsrailin hücumu nəticəsində Natanzedə uranın zənginləşdirilməsi obyektində partlayış baş verib. 

İsrail İranın İraqla sərhədin yaxınlığında yerləşən Kirmanşah şəhərindəki raket bazasına da hücumlar edib.

Zərbələr nəticəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi həlak olublar.

Hürr Tərcüman

Seçilən
46
2
hurriyyet.az

10Mənbələr