AZ

Netanyahu İsrailin İrana hücumundan sonra ilk açıqlama verdi


İsrailin hücumunun məqsədi İranın nüvə və hərbi obyektlərini vurmaq olub. Əməliyyat lazım olduğu qədər davam edəcək. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu açıqlamasında bildirib. İsrail baş nazirinin sözlərinə görə, əməliyyatın məqsədi İranın nüvə infrastrukturuna, ballistik raket zavodlarına və hərbi potensialına zərbə endirməkdir. Netanyahu ABŞ prezidenti Donald Trampa “sabit mövqeyinə görə” təşəkkür edib. “O, dəfələrlə açıq şəkildə bildirib: İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilməməlidir”, deyə Nitanyahu bildirib. Netanyahu birbaşa İran xalqına müraciət edərək deyib:- "Biz sizə nifrət etmirik. Siz bizim düşmənimiz deyilsiniz.
Bizim ortaq düşmənimiz var: o da sizi tapdalayan zalım rejimdir". İsrailin baş naziri onu da vurğulayıb ki, İrana qarşı əməliyyat lazım olduğu qədər davam edəcək. İsrail Silahl Qüvvələri daha əvvəl bildirmişdi ki, bu, əməliyyatın yalnız birinci mərhələsidir. KİV-lər bunun bir neçə gün davam edəcəyini yazır.

Surxay Əliyev

Seçilən
28
50
baki-xeber.com

10Mənbələr