AZ

Polkovnik-leytenant Gəncədə dəfn olundu

İyunun 11-də Gəncədə vəfat edən polkovnik-leytenant Sərdar Bayramov dünən elə bu şəhərdə dəfn edilib.

Modern.az xəbər verir ki, Sərdar Əyyub oğlu Bayramov 18 aprel 1964-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. 1982-ci ildə Daşkənd kənd orta məktəbini, 1987-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib.

1991-ci ildə Qarabağ müharibəsinə könüllü gedib, Füzuli, Beyləqan, Ağdam, Tərtər rayonlarında gedən döyüşlərdə iştirak edib. Döyüşlərin gedişində kontuziya alıb. Atəşkəsdən sonrakı illərdə müxtəlif briqadalarda yüksək hərbi vəzifələrdə sidmət edib.
2013-cü ildə Silahlı Qüvvələrdən təqaüdə çıxaraq ehtiyata buraxılıb.

Qarabağ müharibəsi veteranı idi.

Polkovnik-leytenant Sərdar Bayramov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə təltif olunub.

1989-cu ildə ailə həyatı qurmuşdu, iki oğlu var.

12 iyun 2025-ci ildə Gəncə şəhərində dəfn edilib.

Allah rəhmət eləsin.

Seçilən
9
1
modern.az

2Mənbələr