İran İsrailə cavab zərbəsi endirməyə başlayıb.
Publika.az xəbər verir ki, İsrailə doğru 100-dən çox pilotsuz təyyarə buraxılıb. Bu barədə İsrail ordusunun sözçüsü Efi Defrin məlumat yayıb.
"IDF onları vurmaq üçün çalışır", - Defrin deyib.
Müxtəlif hesablamalara görə, pilotsuz təyyarələrin İsrailə çatması bir neçə saat çəkəcək.