AZ

“İranın nüvə zənginləşdirmə proqramının ürəyinə hücum etdik Netanyahu

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hücumdan danışıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hücumların təhlükə aradan qalxana qədər davam edəcəyini bildirib.

Netanyahu çıxışında İranın İsrailə qarşı soyqırım ritorikası inkişaf etdirdiyini və bunu nüvə proqramı ilə dəstəklədiyini iddia edib.

“İran atom bombası istehsal edəcək qədər uranı zənginləşdirib və silah istehsalı üçün daha əvvəl atmadığı addımlar atıb. İran bu sürətlə çox qısa müddətdə nüvə silahı istehsal edə biləcək. Bu isə İsrail üçün təhlükə yaradır”, - deyə Baş nazir vurğulayıb.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Başlatdıqları hücumun adının “Yüksələn Aslan” olduğunu açıqlayan Netanyahu, “İranın nüvə zənginləşdirmə proqramının ürəyinə hücum etdik. Natanzdakı əsas zənginləşdirmə obyektini hədəf aldıq”, - deyə əlavə edib.

İranın 3 ildə 10 min ballistik raket istehsal etməyi hədəflədiyini və bunun qəbuledilməz olduğunu söyləyən Netanyahu, İrana çox böyük zərbə vurduqlarını və problemlərinin İran xalqı ilə deyil, rejimi ilə olduğunu bildirib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
525.az

10Mənbələr