AZ

Tramp: “İsrailin zərbələri mənim üçün sürpriz deyildi” | VİDEO

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amerika lideri İsrailin İslam Respublikasına qarşı əməliyyatına başlamasının onun üçün sürpriz olmadığını iddia edib.

Bununla belə, İsrailin İrana zərbələrindən sonra, ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində Tehranın nüvə proqramı ilə bağlı danışıqların davam edəcəyinə ümidli olduğunu vurğulayıb.

“İran nüvə silahına malik ola bilməz. Biz danışıqlar masasına qayıtmağa ümid edirik. Baxacağıq, görək nə olur”,- telekanalın reportyoru Cenifer Qriffin “X” sosial şəbəkəsində etdiyi paylaşımda Donald Trampdan sitat gətirib.

İsrail İrana zərbə endirib:3 komandir ölüb
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başladığını elan edib. Bunun ardınca İslam Respublikasının bir neçə məntəqəsindəki hədəflər vurulub.

“The New York Times (NYT)” xəbər verir ki, İsrail qüvvələri Tehran ərazisində altı hərbi bazaya hücum edib. “İRNA” dövlət xəbər agentliyi Natanza şəhərindəki nüvə obyektində partlayış baş verdiyini bildirib.

Hücumla bağlı xalqa müraciət edən İranın Ali dini lideri Əli Xameneyi İsrailin hücumlarına cavabüçün ölkə ordusuna“hərəkət azadlığı” verdiyini söyləyib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
1
azvision.az

2Mənbələr