AZ

"Murovdağ" gəmisinin növbəti səfəri – Cənubi Amerikadan Afrikaya

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-in “Handysize” tipli "Murovdağ" quru yük gəmisi UruqvaydanKonqoya 26 768 ton buğda çatdırıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, gəmi səfərinəUruqvayın Nueva Palmiriya limanından başlayıb və 15 günlük Atlantikokeanı səyahətini uğurla tamamlayaraq, Afrika sahillərinə, KonqoDemokratik Respublikasının Matadi limanına çatıb.

Hazırda “Murovdağ” limanda yükünü boşaltmaq üçün lövbər reydindəgözləmə mövqeyindədir.

Qeyd edək ki, bu nəhəng quru yük gəmisi 38 000 ton yükgötürməqabiliyyətinə (dedveytə) malikdir. Uzunluğu 179,9 metr, eni 30metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir.Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynısayəsində bir çox dayaz limanlara rahatlıqla daxil ola bilir.

Məqalədə:
Seçilən
19
11
az.trend.az

10Mənbələr