AZ

Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib | VİDEO

AzVision.az xəbər verir ki, Nyu-Yorkun meri Erik Adams bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Nyu-York şəhərinin meri Erik Adams X sosial şəbəkəsində bildirib ki, İsraillə əlaqəli şəhər obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Mənə İsrail və İrandakı vəziyyət barədə məlumat verildi və Nyu-York polisinin Terrorla Mübarizə Bölməsi vəziyyəti diqqətlə izləyir. Əvəvlcədən ehtiyatlı olmaq baxımından, İsrailin bizim şəhərdəkiibadət evlərində və diplomatik obyektlərində təhlükəsizliyi gücləndiririk”, - Erik Adams deyib.

Tramp: “İsrailin zərbələri mənim üçün sürpriz deyildi”| VİDEO
İsrail-İran münaqişəsinin inkişafı fonunda İran Silahlı qüvvələrinin Baş qərargahının nümayəndəsi Əbülfəzl Şəkərçi bəyan edib ki, İsrailə cavab zərbəsi endiriləcək. Onun sözlərinə görə, İran ordusu hərəkətə tam hazırdır. Eyni zamanda, Şəkərçi vurğulayıb ki, Tehran ABŞ-ni İslam Respublikası ərazisinə zərbə endirməkdə İsrailin şəriki hesab edir.

Yeri gəlmişkən, Amerika lideri Donald Tramp İsrailin hücumundan sonra “Fox News” telekanalına açıqlamasında bunun onun üçün sürpriz olmadığını bildirib.

Xatırladaq ki, bu gecə İsrail İrana qarşı “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. İsrailin Hərbi Hava qüvvələrinə məxsus təyyarələri Tehran da daxil olmaqla İranda bir sıra hədəflərə hücum edib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
8
1
azvision.az

2Mənbələr