AZ

İran-İsrail gərginliyi fonunda neft qiymətləri 150 dolları ötə bilər - ING

Bakı. Trend:

İranla İsrail arasında gərginlik davam edəcəyi təqdirdə neftinqiyməti bir barel üçün 150 ABŞ dollarını ötə bilər.

Bu barədə TrendNiderlandın ING bank qrupunun analitiklərinə istinadən xəbərverir.

Bu gün səhər saatlarında İsrailin İranda yerləşən nüvə və hərbiobyektlərə aviazərbələr endirməsi ilə bağlı xəbərlərdən sonraneftin qiyməti 7%-dən çox artıb. ING-nin hesabatında qeyd olunurki, Yaxın Şərqdə gərginliyin kəskin artması qlobal enerjibazarlarında geosiyasi riskləri əhəmiyyətli dərəcədə yüksəldib.

Analitiklər vurğulayırlar ki, əvvəlki hücumlardan fərqli olaraq,bu dəfə İranın nüvə obyektləri də hədəfə alınıb. Bu isə vəziyyətindaha da kəskinləşməsinə səbəb olur və Tehranın mümkün cavab zərbəsiilə bağlı narahatlığı artırır.

“Bu ciddi eskalasiyadır. Bu, yalnız qeyri-müəyyənliyidərinləşdirəcək və regionda enerji tədarükündə fasilələr riskiniyüksəldəcək”, – deyə ING qeyd edir.

Təchizatda fasilələr riski

ING-nin məlumatına görə, İran hazırda günə təxminən 3,3 milyonbarel neft hasil edir, bunun 1,7 milyon bareli ixrac olunur.Analitiklərin fikrincə, münaqişə uzanarsa və hücumlar hasilat vənəqliyyat infrastrukturuna təsir edərsə, bu tədarükün pozulmasıehtimalı yüksəkdir.

Belə fasilələr neft bazarındakı mövcud balansı dəyişə bilər –ilin ikinci yarısında artıq defisitə çevrilə bilər. İranixracatının qismən itirilməsi belə Brent markalı neftin qiymətini80 dollara qədər yüksəldə bilər, baxmayaraq ki, digərtədarükçülərin reaksiyasından asılı olaraq qiymətlər daha sonra 75dollar ətrafında sabitləşə bilər.

Hörmüz boğazı diqqət mərkəzində

Xüsusi narahatlıq doğuran məsələ isə Hörmüz boğazından keçən sunəqliyyatının pozulması ehtimalıdır. Bu, dünya üzrə dəniz yolu iləneft ticarətinin təxminən üçdə birinin (gündəlik 14 milyon barel)həyata keçirildiyi əsas nəqliyyat arteriyasıdır.

ING-nin qiymətləndirməsinə görə, münaqişənin eskalasiyasıhalında Brent markalı neftin qiyməti bir barel üçün 120 dollaraçata bilər. Əgər vəziyyət daha da pisləşərsə, qiymət 2008-ci ildəkirekord səviyyəni – yəni 150 dolları da keçə bilər.

Sıxılmış təbii qaz (STQ) bazarı da təhdid altındadır. DünyadaSTQ ticarətinin təxminən 20%-ni həyata keçirən Qətər ixracı yalnızHörmüz boğazı vasitəsilə həyata keçirir. “Alternativ marşrutyoxdur”, – deyə analitiklər xəbərdarlıq edirlər. Boğazın bağlanmasıSTQ tədarükünü ciddi şəkildə azalda və Avropada qaz qiymətlərinikəskin şəkildə artıra bilər.

Mümkün cavab tədbirləri

Bazar defisiti şəraitində ölkələrin strateji neftehtiyatlarından istifadə edilə bilər. ABŞ-nin 400 milyon bareldənçox strateji ehtiyatı var və bazarın sabitləşdirilməsi üçün buehtiyatların əlaqələndirilmiş şəkildə buraxılmasına başçılıq edəbilər.

Bundan əlavə, OPEC-in gündəlik 5 milyon barel həcmində ehtiyathasilat gücü mövcuddur. Lakin ING qeyd edir ki, bu ehtiyat güclərinəsas hissəsi də İran körfəzi bölgəsində cəmləşib və Hörmüzboğazında təchizat pozularsa, bu güclərin istifadəsi də çətinləşəbilər.

ING analitikləri belə bir qənaətə gəliblər ki, əgər Hörmüzboğazı ilə nəqliyyat uzunmüddətli təhlükə altında qalarsa, dünyaictimaiyyəti bu strateji əhəmiyyətli marşrut üzrə enerjitədarükünün təhlükəsizliyini təmin etmək üçün əlaqələndirilmiştədbirlər görəcək.

Məqalədə:
Seçilən
40
50
az.trend.az

10Mənbələr