Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 131-ci km-də, Masallı rayonu ərazisində qeydə alınıb. Lerik rayon Pirasora kənd sakini 1959-cu il təvəllüdlü Teyyub Bağırovun idarə etdiyi "Nissan" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.