AZ

DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib

Bakı.Trend:

İyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinintəhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlərNazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin valideynlərə vəməzunlara müraciətində bildirilib.

Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryadqruplarının sayı artırılacaq, ictimai asayişin qorunması vəməzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularınınqarşısının alınması məqsədilə nəzarət gücləndiriləcəkdir. Yollardasüni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarınaəməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdəçalışacaq.

Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik.

Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayanövladlarına avtomobil idarə etməyə icazə verməsinlər.

Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyəvə sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik.

Seçilən
38
44
az.trend.az

10Mənbələr