AZ

İran BMT TŞ-dan fövqəladə iclas tələb edir

İran

İranın BMT-dəki Daimi Nümayəndəliyi gecə saatlarında İsrailin hücumu ilə əlaqədar dünya təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib. Daimi Nümayəndəliyin rəhbəri Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə “Təsnim” agentliyi məlumat yayıb.

İclasın keçirilməsinin tələb olunduğu sənəddə qeyd edilir ki, sionist rejim (İsraili nəzərdə tutur-Red.) ehtiyatsız, qeyri-qanuni və düşünülmüş təcavüz aktında İran İslam Respublikasının nüvə obyektlərinə və mülki infrastrukturuna bir sıra koordinasiyalı hərbi hücumlar həyata keçirib. “Bu hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin açıq şəkildə pozulmasıdır və onların təhlükəli nəticələri regional və beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir”, - məktubda deyilir.

E. KAMAL
Seçilən
39
20
reyting.az

10Mənbələr