Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin zərbəsi nəticəsində Natanzdakı nüvə obyekti zədələnib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Zərəbə nəticəsində kimyəvi və ya radiasiya çirklənməsi olmadığı vurğulanır. Obyektdə heç bir sızma yoxdur.
"Ynet" xəbər verir ki, İsrail təhlükəsizlik xidmətinin məlumatına görə, Natanzdakı nüvə obyekti tamamilə məhv edilib. Eyni zamanda İranın Müdafiə və hüquq-mühafizə nazirinin İsfahandakı müavini Əkbər Salehi nüvə obyektinin şəxsi heyətinin sağ qaldığını bildirib.
İyunun 13-nə keçən gecə İsrail hərbçiləri İrana qarşı əməliyyata başlayıb, İslam Respublikasının bir neçə yaşayış məntəqəsindəki obyektlərə zərbələr endirib. Hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı qərargahı da olub.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Vəziyyəti şərh edən İran hökuməti yəhudi dövlətinin hücumuna sərt cavab verəcəyini vəd edib. İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei İsrailin zərbələrinə cavab olaraq ölkə ordusuna “hərəkət azadlığı” verdiyini bildirib.
Bundan əvvəl İran prezidenti Pezeşkian HƏMAS lideri Haniyə ilə görüşündə İsrailin tezliklə məhv ediləcəyini bəyan etmişdi.
Lalə, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.