AZ

Azərbaycan iqtisadiyyatına yatırımlar 1%-ə yaxın azalıb

2025-ci ilin yanvar-may aylarında əsas kapitala 6 milyard 694,6 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azdır.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna investisiyalar 21,9 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitlərin həcmi isə 11,7 faiz artıb.

İstifadə olunmuş investisiyanın 50,2 faizi (3 milyard 363,0 milyon manat) məhsul istehsalı sahələrinə, 33,4 faizi (2 236,8 milyon manat) xidmət sahələrinə, 16,4 faizi (1 milyard 094,8 milyon manat) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin 75,4 faizini (5 milyard 048,7 milyon manat) daxili investisiyalar təşkil edib. Ümumi investisiyaların isə 78,1 faizi (5 milyard  231,4 milyon manat) bilavasitə tikinti-quraşdırma işlərinə xərclənib.


Seçilən
19
1
fed.az

9Mənbələr