Bu ilin payız əkin mövsümündə Ağdərə, Laçın, Zəngilan və Cəbrayılının meşə fondu sahələrində azı 240 hektar ərazidə meşəbərpa tədbirlərinin aparılması planlaşdırılıb.
"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri,Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşıllıq sahələrinin yaradılması məqsədilə ayrılmış torpaq sahələrində Zəngilan rayonu ərazisində 55 hektar, Cəbrayılda 50 hektar, Ağdamda 11 hektar və Füzulidə 16 hektar yeni yaşıllıq sahəsi salınıb:
"Meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayılda 72 hektar, Zəngilanda 142 hektar, Qubadlıda 70 hektar, Füzulidə isə 2 hektar meşə fondu sahəsində əkin və səpin işləri icra olunub"