AZ

Faiq Mütəllimov: Ermənilər işğal dövründə 260 min hektar meşə sahəsini məhv edib 

Azərbaycan əraziləri işğal dövründə ekoloji terrora məruz qalıb.Təbiət abidələri və meşə sahələrinin bir hissəsi - 260 min hektar ərazi ermənilər tərəfindən məhv edilib.

"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, işğaldan sonra aparılan monitorinqlər zamanı müəyyən olunub ki, işğal zamanı 260 min hektar meşə sahəsi məhv edilib:

"İşğaldan sonra 54 min hektar ərazidə bərpa işləri aparılıb və 2024- ci ildə 300 hektar ərazi bərpa edilib. Hazırda 200 hektar ərazidə bərpa işləri gedir".

Seçilən
2
4
report.az

10Mənbələr