AZ

İran ordusu Netanyahunu "acı dərs"lə hədələdi

Xəbər verdiyimiz kimi Yaxın Şərqdə vəziyyət gərginləşib. "Əl Mayadeen" telekanalının yaydığı məlumata görə, İsrailin İrana olan hücumlarına qarşı plan hazırlanır.  İran ordusunun sözçüsünə istinad edən telekanal qeyd edib ki, İran silahlı qüvvələri nüvə obyektlərinə endirilən zərbəyə cavab olaraq İsrailə “acı dərs” verəcəyini vəd edib.


“İran ordusu İslam İnqilabı Keşikçiləri Korpusu ilə birlikdə ölkəmizdə günahsız insanlara qarşı təcavüzə və qan tökülməsinə dözməyəcək, İsrailin baş naziri Benyamin Netanyahuya acı dərs verəcək”, - bəyanatda deyilir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.



Tural

Seçilən
22
11
news365.az

10Mənbələr