AZ

Merz: Netanyahu İrana zərbə barədə mənə məlumat verdi

İsrailin Baş naziri Benyamin Netanyahu bu səhər İrana zərbə endirilməsi barədə telefonla mənə məlumat verib.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

“İsrailin Baş naziri Benyamin Netanyahu bu səhər mənə telefonla hərbi əməliyyat və onun məqsədləri barədə məlumat verdi”, - o bildirib.

Kanslerin sözlərinə görə, bu söhbətdən sonra o, Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə etmək üçün Federal Hökumətin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Seçilən
6
50
axar.az

10Mənbələr