İsrailin İran ərazisində keçirdiyi “Rising Lion” (Oyanan Şir) əməliyyatı ilə daha öncə Ukraynanın Rusiyaya qarşı tətbiq etdiyi uğurlu “Pautina” (Hörümçək Toru) taktikası arasında ciddi oxşarlıqlar var.
Hər iki halda əsas prinsip belə idi:
- hücum xaricdən deyil, daxildən edilir
- hücum başlamamışdan əvvəl radar sistemlər sıradan çıxarılır
- dronlardan istifadə edilir
Ukraynada “Pautina” zamanı rus ordusunun hava müdafiə sistemləri müəmmalı şəkildə susdu – sonra məlum oldu ki, Ukrayna kəşfiyyatı tərəfindən ÖNCƏDƏN Rusiya ərazisində dronların da yerləşdiyi nəqliyyat vasitələrinə quraşdırılmış radioelektron qurğular HHM sistemlərini deaktiv edib.
Məhz bu dronlar vasitəsilə Rusiyanın 40-dək strateji təyyarələri sıradan çıxarıldı.
“Rising Lion”da isə İsrail raket hücumları ilə yanaşı, Mossad-ın güclü xəfiyyə şəbəkəsilə İranın mərkəzinə ÖNCƏDƏN dron bazaları yerləşdirib, hava hücumundan müdafiə sistemlərinin yaxınlığına radioelektron qurğuları quraşdırıb və hücumun başlanğıcında HHM sistemləri tam iflic olub.
Məhz bu dronlar vasitəsilə İsrail İran generallarını elə evlərində öldürə bilib və nüvə obyektlərinə dəqiq zərbə endirib.
Bu tip əməliyyatlar bir daha göstərir ki, texnologiyalar, kəşfiyyat və sabotaj şəbəkələri müasir müharibələrdə mühüm amilə çevrilib.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti