AZ

Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair məlumatlar saxtadır - MEDİA

Bakı. Trend:

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosialşəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrininİranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayanməlumatlar yayılmaqdadır.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafıAgentliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmışbu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa,jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zamanprinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslıkampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq", -məlumatda qeyd olunub.

Seçilən
28
33
az.trend.az

10Mənbələr