"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi başa çatan Cəlal Hüseynov məxsus olduğu Bolqarıstanın “Arda” klubuna qayıdıb.
Qeyd edək ki, o, ötən mövsümün yarısından "Şamaxı"da forma geyinirdi.
İdman.biz