AZ

AZAL bugün iki ölkəyə olan reysləri ləğv etdi

Bakı. Trend:

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin havaməkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədarAzərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinəplanlaşdırılan aşağıdakı reysləri ləğv edilib:

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Ləğv edilən reyslər:

• Bakı-Lahor-Bakı
J2 145/146
• Bakı-Mumbai-Bakı
J2 059/060
• Bakı-Dammam-Bakı
J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daimnəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədəoperativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektronpoçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Seçilən
4
31
az.trend.az

10Mənbələr