"İsrail bölgəmizi, xüsusilə Qəzzanı qan, gözyaşı və qeyri-sabitlik içində boğmaq strategiyasını bu səhərdən etibarən çox təhlükəli həddə çatdırdı".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "X" sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yazıb.
O qeyd edib ki, İsrailin İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır.
"İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxta təsadüf edən bu hücumlar İsrailin qayda pozan zehniyyətini nümayiş etdirir. Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır. Netanyahunun və onun qırğın şəbəkəsinin bütün bölgəmizi yandıran hücumlarının qarşısı mütləq alınmalıdır. Bu gün biz bir daha bildiririk ki, biz Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik. Türkiyə olaraq qonşumuz İranı hədəf alan iyrənc hücumları qınayırıq. Həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyir, dost və qardaş İran xalqına başsağlığı veririk".