AZ

Çin İranın suverenliyinə və təhlükəsizliyinə hücumlara qarşıdır

Çin İsrailin İrana hücumunun ciddi nəticələrindən narahatdır. 

HİT.az CNN-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

"Çin İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istənilən hücuma, eləcə də gərginliyin artmasına və ya münaqişənin genişlənməsinə səbəb olan hərəkətlərə qarşıdır. Bölgədə gərginliyin kəskin şəkildə bərpası heç kimin marağında deyil", deyə o qeyd edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Pekin müvafiq tərəfləri regional sülh və sabitliyin təşviqi və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün daha çox səy göstərməyə çağırır.

İyunun 13-nə keçən gecə İsrail, məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan Am Kelavi əməliyyatına başladığını elan edib. Bunun ardınca yəhudi dövlətinin ordusu Tehran və Natanz da daxil olmaqla bir neçə əhalinin məskunlaşdığı bölgələrdə hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub. Bunun fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, hücumlar nəticəsində bir neçə alim və komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Samir

Seçilən
11
50
hit.az

10Mənbələr