AZ

Bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, 14–16 iyun 2025-ci il tarixlərində aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq:

1. Səbail rayonu – Badamdar şosesi;
2.Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;
3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti
 • Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə
 • Çingizxan mərasim evinin yanı, yan yol;
4. Xətai rayonu – Babək prospekti
 • 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;
5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi
 • H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;
6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.

Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız.

Seçilən
10
35
ucnoqta.az

10Mənbələr