AZ

Sumqayıt və Bərdədə təbiətə 30 min manatdan çox ziyan dəyib

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıtşəhəri və Bərdə rayonunun inzibati ərazisində yaşıllıqlarınqanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə qurumdanməlumat verilib.

Bildirilir ki, araşdırma zamanı Sumqayıt şəhəri, Bakı-Qubayolunun 30-cu kilometrliyində “Azərtexnolayn” MMC-yə məxsus ərazidəvə Bərdə rayonu Arabaçılar kəndində ağacların qanunsuz kəsilməsiilə bağlı yaşıllıqlara 30 860 manat məbləğində ziyan dəydiyimüəyyən edilib.

"Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçünhazırlanır", - məlumatda qeyd olunub.

Seçilən
2
11
az.trend.az

10Mənbələr