Azərbaycanın tennis millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” turnirində daha bir qələbə qazanıb.
"Report" xəbər verir ki, ölkəmizi yarışda təmsil edən Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov san marinolu rəqiblərini üstələyiblər.
Tamerlan Əzizov Filippo Tommesanini, Kənan Qasımov Marko De Rossini üstələyib.
Azərbaycan millisi 2 turdan sonra komanda hesabında maksimum nəticə ilə qrup 1-cisi kimi pley-offa yüksəlib.
Qeyd edək ki, yığma ilk turda Andorraya qalib gəlib.