AZ

Trampın İsrailin İrana hərbi zərbələrindən xəbəri olub

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi zərbələrə hazırlığı barədə ona və administrasiyasına məlumat verildiyini bildirib.

XəzərNews.az xəbər verir ki, bunu Trampın özü "The Wall Street Journal"a (WSJ) müsahibəsində deyib.

Onun sözlərinə görə, o və komandası nə baş verdiyini bilirdi.

Tramp əlavə edib ki, iyunun 12-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub və iyunun 13-də ona yenidən zəng etməyi planlaşdırır.

O həmçinin iddia edib ki, İsrailin İrana zərbə endirməsi dünya bazarlarına "çox müsbət təsir" göstərəcək, çünki Tehran indi nüvə silahına çıxış əldə edə bilməyəcək.

***

Bu arada İsrailin hücumu nəticəsində daha bir SEPAH rəsmisi məhv edlib.

Məlumata görə, zərbələr nəticəsində SEPAH hava hücumundan müdafiə qüvvələrinin komandanı Davud Şeyxianı həlak olub.

Xəbər 5 dəfə oxunub.
Seçilən
6
50
xezernews.az

10Mənbələr