AZ

"İranın cavabı qaçılmazdır" - Netanyahudan AÇIQLAMA

İranın cavab zərbəsi qaçılmazdır, son dərəcə sərt olacaq.

Musavat.com xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib. 

"Biz onların əhəmiyyətli qüvvələrini vurduq və Natanzdakı ən böyük uranın zənginləşdirilməsi zavodunu məhv etdik. Bu əməliyyat tarixdə belə miqyasda həyata keçirilən azsaylı əməliyyatlardan biridir. Bu, əvvəlki bütün hücumları xeyli üstələyir", - İsrailin baş naziri bildirib.

Onun sözlərinə görə, hazırda İranda xaos hökm sürür, lakin bunun ardınca mütləq zərbələr gələcək. Ola bilsin ki, bu zərbələr dalğavari şəkildə və son dərəcə sərt formada həyata keçiriləcək.

Musavat.com

Seçilən
54
50
musavat.com

10Mənbələr