Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən APA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
20:58
Şəmkirdə iki nəfər suda boğulub.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın Şəmkirin Dəriyaçay su kanalında boğulublar.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ü. İbrahimovun meyti sudan çıxarılıb. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir.
Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.