MİNGƏÇEVİR, 13 iyun. TELEQRAF
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Təbriz küçəsində, məscid yaxınlığında baş verib. Yol nəqliyyat hadisəsi zamanı “Mercedes”, “Hyundai” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 2000-ci iltəvəllüdlü Kənan Nəsirli və "BMW"-nin sürücüsü, 1985-ci iltəvəllüdlü Zamiq İsmayılov xəsarət alıblar.
Hər iki yaralı xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır.