AZ

Çempion "Udineze"nin bombardirinin razılığını aldı - SON DURUM

"Udineze"nin hücumçusu Lorentso Lukka karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Məlumata görə, onun xidmətində "Napoli" maraqlıdır. Mənbə Neapol təmsilçisinin artıq 24 yaşlı forvardla şəxsi müqavilənin detallarını razılaşdırdığı vurğulanıb. Son İtaliya çempionunun hazırda "Udineze"ni yola gətirməyə çalışdığı bildirilib.

Qeyd edək ki, Lukka ötən mövsüm "Udineze"nin ən yaxşı bombardiri olub. A Seriyasında 33 matça çıxan ön xətt oyunçusu 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.

Nihat
 

Seçilən
34
1
fanat.az

2Mənbələr