
İran İsrailə qarşı raket hücumuna başlayıb.
Reyting.az xəbər verir ki, bu barədə yerli media İsrail Müdafiə Qüvvələrinə (İMQ) istinadla məlumat yayıb.
İrandan İsrailə doğru 100-dən çox ballistik raket atılıb. Raketlərin artıq paytaxt Təl-Əvivə çatdığı bildirilir.
Ordunun mətbuat xidmətinin “Teleqram” kanalında yayılan məlumata görə, müdafiə sistemləri təhlükənin qarşısını almağa çalışır.
Hərbçilər vətəndaşları sığınacaqlarda gizlənməyə və sonrakı xəbərdarlığa qədər orada qalmağa çağırıb.
ELÇİN