İranın hərbi qüvvələri İsrailə məxsus qırıcı təyyarənin vurulmasından sonra onun pilotunu əsir götürüblər.
Musavat.com xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, insident İran ərazisinə yaxın bölgədə baş verib. Hazırda əsir götürülən pilotun harada saxlanıldığı və vəziyyəti barədə rəsmi açıqlama verilməyib.
İsrail tərəfi məsələ ilə bağlı hələlik heç bir açıqlama yaymayıb. Hadisə Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər.
Şahanə Rəhimli
Musavat.com