AZ

İranın İsrailə raket hucumu nəticəsində 17 nəfər yaralanıb

İlkin məlumatlara görə, İranın İsrailə raket hucumu nəticəsində 17 nəfər yaralanıb. 

AzPost bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb .

Onlardan birinin vəziyyəti orta ağırdır, digərləri yüngül bədən xəsarətləri alıb və ya şokdan çıxmaq üçün tibbi yardım tələb olunub.

Nazirliyin məlumatına görə, İran iki atəş dalğasında İsrailə 150 ​​raket atıb.

İsrailin müdafiə naziri bildirib ki, İran mülki əhalinin məskunlaşdığı ərazilərə raket atmağa cəsarət edəndə qırmızı xətləri keçib.

“Biz İsrail vətəndaşlarını qorumağa davam edəcəyik və ayətullah rejiminin cinayət əməllərinə görə çox yüksək bədəl ödəməsini təmin edəcəyik”.

AzPost.az

Seçilən
17
50
azpost.info

10Mənbələr