AZ

İranın İsrailə raket hücumu nəticəsində ölənlərin sayı AÇIQLANDI

İranın İsrailə cavab ballistik raket hücumu nəticəsində 35-ə yaxın adam yaralanıb.

 

Sitat.info xəbər verir ki, İsrail cümə günü gecə saatlarında İrana zərbələr endirib. Əməliyyat İslam Respublikasının nüvə obyektlərini hədəfə alıb. İsrail Hərbi Hava Qüvvələri Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz və İranın digər iri şəhərlərinə zərbələr endirib.

Hücumlar nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Xatəm əl-Ənbiya hava hücumundan müdafiə bazasının komandiri, general-mayor Qulam-Əli Rəşid və digər yüksək rütbəli hərbçilər, həmçinin altı nüvə alimi həlak olub. Natanz nüvə obyektində də partlayışlar baş verib. İran agentliklərinin məlumatına görə, İsrailin zərbələri nəticəsində 78 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

İran buna cavab olaraq İsrailə raket zərbələri endirir.

Tehran,

Sitat.info

Seçilən
60
50
sitat.info

10Mənbələr