BAKI, 14 iyun. TELEQRAF
İsrailin İrana hücumları nəticəsində 78 nəfər ölüb, 320 nəfərdən çox şəxs yaralanıb.
Teleqraf xəbər verir ki, bunu İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
O, BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, onların əksəriyyəti mülki şəxslər, o cümlədən qadınlar və uşaqlardır.