AZ

“Fitch” Azərbaycan üzrə maksimal reytinq həddini "BBB" səviyyəsinə yüksəldib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın maksimal reytinq həddini (‘country ceiling’) ‘BBB-’ səviyyəsindən ‘BBB’ səviyyəsinə qaldırıb.

APA-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

Agentliyin açıqlamasına əsasən, bu qərar iqtisadiyyatda kifayət qədər valyuta təklifinin mövcudluğu, maliyyə sistemində dollarlaşmanın azalması, həmçinin Azərbaycan Mərkəzi Bankının likvidlik idarəçiliyindəki irəliləyişlərlə izah olunur.

Bundan əlavə, “Fitch” qeyd edir ki, ARDNF-nin xarici valyutada nominallaşdırılmış aktivləri və ölkənin güclü valyuta ehtiyatları ABŞ dollarına qarşı tətbiq edilən de-fakto məzənnə sabitliyini etibarlı şəkildə dəstəkləyə bilir.

Qeyd edək ki, maksimal reytinq həddi bir ölkədə fəaliyyət göstərən təşkilat və emitentlərin əldə edə biləcəyi ən yüksək beynəlxalq reytinq səviyyəsini müəyyən edir və bu, kapital axınlarına tətbiq oluna biləcək potensial məhdudiyyətləri əks etdirir.

Seçilən
45
2
apa.az

10Mənbələr