Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru İsrayıl İsgəndərov vəzifəsindən ayrılıb.
Modern.az-ın məlumatına görə, bu barədə xəbəri onun özü verib.
“Mən ADPK-dakı 6.5 illik fəaliyyətimi yekunlaşdırdım”, - deyə o bildirib. Təhsil ocağındakı fəaliyyətinə toxunan sabiq direktor deyib ki, onun dövründə Azərbaycan kollecləri arasında ilk dəfə ADPK qrant udub, kolleclər üçün dərslik və dərs vəsaitləri hazırlanıb, daxili imkanlar hesabına 6 kompüter laboratoriyası yaradılıb, 2018-ci ildən 7 yeni ixtsas üzrə tələbə qəbulu aparmağa icazə verilib.
Qeyd edək ki, köhnə adı "M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu" olan ADPK Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta