İlk dəfə olaraq müharibənin başlanmasından bu yana İsrail Hərbi Hava Qüvvələri Tehrana yaxın müdafiə sistemlərinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu (IDF) yayıb.
Bildirilib ki, hücumlar İsrail ərazisindən 1500 kilometr uzaqlıqda yerləşən hədəflərə istiqamətlənib və bu, əməliyyatın miqyasını və cəsarətini göstərir.
Peyk görüntüləri Mehrebad hava limanı ərazisində ciddi dağıntıları təsdiqləyib. Hücumdan sonra ərazidə yanğınlar və partlayış izləri müşahidə olunub.
Musavat.com
