BAKI, 14 iyun. TELEQRAF
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.